
2017-ci ildə bitən Benedikt Kamberbatç və Martin Frimanın baş rollarda oynadığı Şerlok fenomen serialından xəbərlər var. Prodüser Sue Vertue serialın bir gün geri qayıda biləcəyini söylədi.
Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, “BBC”-nin bütün dünyada böyük bir pərəstişkar kütləsinə çatan Şerlok serialı 2010-cu ildə başlamış və 2017-ci ildə sona çatmışdır.
Rəsmi olaraq ləğv olunmayan serial aktyorları yeni mövsüm üçün razı sala bilməyincə bitmişdi.
Lakin Ser Artur Konan Doylun eyniadlı romanları əsasında Mark Qatissin televiziya üçün hazırladığı serialla bağlı yeni açıqlama verilib və serialın geri qayıtması ilə bağlı işlərin davam etdiyi bildirilib.
Orxan Saffari