Makrondan şok xəbərdarlıq: - Avropa Birliyi ölə bilər...

Avropa Birliyi ABŞ və Çinlə rəqabətədavamlı olmasa, ölə bilər.

Gununsesi.info xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

“Vaşinqton və Pekin iqtisadi artım və investisiyalarda AB-ni geridə qoyur. AB ölə bilər, çox vacib bir anın astanasındayıq. Köhnə modelimiz bitdi – biz həddindən artıq tənzimləyirik və az investisiya edirik. Yaxın iki-üç ildə klassik gündəliyimizə sadiq qalsaq, bazardan çıxacağıq”, – Makron bildirib.

Makron həmçinin AB-yə üzv dövlətləri ABŞ şirkətləri ilə rəqabət apara biləcək transsərhəd şirkətlərin yaradılmasını təşviq etməyə çağırıb.

Gununsesi.info