Axtarış-xilasetmə işləri başa çatdı

Ötən gün Türkiyənin Konya şəhərində çökən binada axtarış-xilasetmə işləri başa çatıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, dağıntılar altından cansız bədəni çıxarılan şəxslərin sayı ikiyə çatıb. Ölənlərdən birinin 23 yaşlı qadın olduğu bildirilir.

3 nəfər isə sağ olaraq xilas edilib.

Qeyd edək ki, hadisə ilə əlaqədar 4 nəfər saxlanılıb. Şübhəlilərdən ikisi həmin binanın aşağı mərtəbəsində yerləşən obyektlərin sahibi, digərləri isə idarəçiləridir.

 

Gununsesi.info