Sabirabadda 238 nəfər ilk dəfə səs verəcək

  • By Günel
  • 25 Yanvar 2025 19:55

Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində 67 saylı Sabirabad seçki dairəsi üzrə 238 nəfər ilk dəfə öz səsvermə hüququndan istifadə edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə “Report”un Aran bürosuna DSK-nın sədri Məstalı Nuriyev məlumat verib.

Bildirib ki, dairənin əhatə etdiyi 50 seçki məntəqəsində 50 min 740 seçicinin səsverməsi gözlənilir.

Dairədə namizədliyi qeydə alınmış 188 nəfər 9 bələdiyyə uğrunda mübarizə aparacaq.

Gununsesi.info