200 fələstinlinin azad edilməsi təsdiqləndi

  • By Günel
  • 25 Yanvar 2025 20:33

İsrail Həbsxana Xidməti Qəzza zolağında saxlanılan dörd israilli girovun səhər saatlarında yəhudi dövlətinə təhvil verilməsindən sonra Ofer və Ketsiot həbsxanalarından 200 fələstinli məhbusun azad edildiyini təsdiqləyib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.

Ofer həbsxanasından azad edilən bütün məhbuslar İordan çayının Qərb sahilindəki Fələstin ərazilərinə göndərilib. Ketsiot həbsxanasından olan məhbuslar İsrailin Qəzza zolağı ilə sərhədində, Misir sərhəd-keçid məntəqəsinin yaxınlığında yerləşən “Kerem-Şalom” nəzarət-buraxılış məntəqəsinə göndərilib.(Teleqraf.com)

Gununsesi.info