
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycan müdafiə nazirinin müavini – Quru Qoşunları komandanı general-polkovnik Hikmət Mirzəyevlə görüşüb.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə ordu generalı Səlcuq Bayraqdaroğlu da iştirak edib.
Qeyd edək ki, Hikmət Mirzəyev Türkiyədə səfərdədir.