
İrlandiya və Şimali İrlandiyanı vuran Eowyn qasırğası səbəbindən Dublin hava limanında planlaşdırılan 110 gediş və 110 gəliş reysi ləğv edilib, 560 min ev və iş yeri işıqsız qalıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İrlandiya hava agentliyinin verdiyi açıqlamada gecə boyu küləyin sürətinin saatda 182 kilometrə çatdığı və 80 illik rekordun qırıldığı qeyd edilib.
Bildirilib ki, infrastruktura “görünməmiş” ziyan dəydiyi üçün elektrik enerjisində fasilələr yaranıb.
Açıqlamada bildirilib ki, bəzi evlərə elektrik enerjisinin verilməsinin bərpası 9 günə qədər çəkə bilər.
Ölümcül fırtına səbəbindən milyonlarla insanın telefonuna fövqəladə xəbərdarlıqlar göndərilib.
Orxan Saffari