120 gün su altında yaşadı: Dünya rekordu qırdı - Fotolar

  • By Günel
  • 25 Yanvar 2025 18:22

Alman aviasiya mühəndisi Rudiger Koch kapsulda 120 gün su altında qalaraq dünya rekordu qırıb. Dənizin altındakı 30 kvadratmetrlik evində çarpayı, tualet, televizor və hətta interneti olan Koch dənizlərin insan həyatı üçün uyğun mühit olduğunu iddia edib.

Gununsesi.info xarici mediyaya istinadən xəbər verir ki, Ginnesin Rekordlar Kitabının hakimi Susana Reyes 59 yaşlı Kochun 120 gün su altında 11 metr dərinlikdə yaşayaraq dünya rekordu qırdığını açıqlayıb.

Kochun Floridada sualtı daxmada 100 gün yaşayan amerikalı Cozef Diturinin əvvəlki rekordunu qırdığı da təsdiqlənib.

Dünyaq rekordu qıran Koch: “Bu, böyük bir macəra idi və artıq başa çatdı. Mən burada keçirdiyim vaxtdan çox zövq aldım. Hər şey sakitləşəndə, hava qaraldıqda və dəniz parıldayanda bura çox gözəl olur”, – deyə bildirib.

Kochun kapsulunda müasir həyatın əksər elementləri var idi: çarpayı, tualet, televizor, kompüter və internet- hətta idman velosipedi də.

Denizin dibinde 120 gün yaşadı

Panamanın şimal sahillərində qayıqla 15 dəqiqəlik məsafədə yerləşən struktur dar spiral pilləkəni olan boru vasitəsilə dalğaların üstündəki başqa bir otağa bağlanıb.

Denizin dibinde 120 gün yaşadı

Bu pilləkən yemək və həkim də daxil olmaqla, ziyarətçilərin enməsinə imkan verirdi. Səthdəki günəş panelləri elektrik enerjisini təmin edir. Ehtiyat generator da var, amma duş yoxdur.

Kapsuldakı dörd kamera onun gündəlik həyatını qeydə alıb, psixi sağlamlığını izləyib və bir daha səthə çıxmadığını göstərib.

 

Günel Həsənova

Gununsesi.info