Biləsuvarda qohumunu bıçaqlayan şəxs saxlanıldı

  • By Günel
  • 25 Yanvar 2025 20:16

Yanvarın 25-də saat 11 radələrində Biləsuvar rayonu ərazisində 2006-cı il təvəllüdlü V.Həmidliyə kəsilmiş deşilmiş xəsarət yetirməkdə şübhəli bilinən 2001-ci il təvəllüdlü Orxan Abdullazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Gununsesi.info xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Araşdırma aparılır.

Qeyd edək ki, Biləsuvar rayonunun Aranlı kəndində sərnişindaşıma ilə məşğul olan mikroavtobusda Çinarlı kənd sakini, 2001-ci il təvəllüdlü Orxan Abdullazadə həmkəndlisi, 2006-cı il təvəllüdlü Vadər Həmidlini bıçaqlayıb.

Mikroavtobusda olanların hadisəyə müdaxilə etməsi ilə vəziyyətin daha da pisləşməsinin qarşısı alınıb.

Gununsesi.info