Scholz-dan Musk-a tənqid: - O, dünyaya müdaxilə etmək üçün gücünü istifadə edir

Almaniya kansleri Olaf Şolz fevralın 23-də Almaniyada keçiriləcək növbədənkənar ümumi seçkilər öncəsi çıxış edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Scholz, ölkədəki siyasi atmosferlə yanaşı, Türkiyə-Almaniya münasibətləri, ABŞ-lı milyarder İlon Maskın siyasi açıqlamaları, ABŞ prezidenti Donald Trampla başlayan yeni dövr, Rusiya-Ukrayna müharibəsi kimi aktual başlıqları dəyərləndirib.

 “O, bütün dünyaya müdaxilə etmək üçün media gücündən istifadə edir” deyərək iş adamı Maskı tənqid edib. 

Orxan Saffari

Gununsesi.info