Vəfa Şərifovanın evindən 25 minlik hədiyyəsi oğurlanıb

  • By Günel
  • 24 Yanvar 2025 22:44

Müğənni Vəfa Şərifovanın evindən oğurluq edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Gün ortası” verilişində aparıcı Zümrüd Bədəlova məlumat verib.

O bildirib ki, ifaçının məşhur brendə məxsus 25 min manatlıq qol saatı oğurlanıb.

V.Şərifova isə qeyd edib ki, sözügedən aksesuar ad günündə ona hədiyyə olunub və iki gündür yoxdur.

Gununsesi.info