NASA-dan qapalı qalan astronavtlar üçün yeni missiya

NASA Beynəlxalq Kosmik Stansiyada qapalı qalan astronavtlara yeni missiya verdi.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, əvvəlcə 8 gün üçün planlaşdırılan kosmik missiya 8 aya qədər uzadıldı və görünməmiş pozuntulara səbəb oldu.

Yeni və fərqli vəzifələrlə stansiyada vaxtlarını mənalı keçirməyə çalışan astronavtlar kosmosda gəzintilər zamanı stansiyanın xarici səthində həyat axtaracaqlar.

Toplanan nümunələr daha sonra Yer kürəsində analiz ediləcək.

Mikroorqanizmlərin sərt kosmos şəraitində sağ qalıb-qalmadığını anlamaq, həyatın Yerdə başlamadığı nəzəriyyəsini dəstəkləyə bilər.

Qeyd edək ki, Butch Wilmore və Suni Williams adlı iki astronavt aylar əvvəl Yerə qayıtmalı idi.

Lakin bu geri dönüş Boeing-in Starliner kapsulunda yaranan problemlərə görə aylarla təxirə salınıb.

Astronavtlar SpaceX Crew Dragon ilə Yerə qayıtmazdan əvvəl Beynəlxalq Kosmik Stansiyada daha çox vaxt keçirməli olacaqlar.

Bu missiya sayəsində alimlər kosmik stansiyanın mikroorqanizmlər buraxıb buraxmadığını müəyyən edə və onlardan hansının kosmosun sərt mühitində yaşaya biləcəyini qiymətləndirə biləcəklər.

Orxan Saffari

Gununsesi.info