Qlobal bazarlarda bütün gözlər FED və ECB-nin faiz qərarlarındadır

Keçən həftə ABŞ-da prezidentliyə başlayan Donald Trampın gözlənildiyi kimi əhatəli tariflər tətbiq etməməsi səbəbindən qlobal bazarlarda müsbət tendensiya ön plana çıxsa da, bütün gözlər ABŞ-ın açıqlanacağı faiz qərarlarına çevrildi.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ Federal Ehtiyat Sistemi (FED) və Avropa Mərkəzi Bankı (ECB) gələn həftə pul bazarlarında FED-in ilin ilk yarısında faizləri endirəcəyi ilə bağlı proqnozlar güclü olsa da, bankın gələn həftə keçiriləcək iclasında faiz dərəcəsini sabit saxlayacağı şübhəsizdir.

Donald Trampın ABŞ-da prezident kimi vəzifəyə başlayarkən Çinə qarşı mötədil yanaşması və danışıqlara açıq olduğunu deməsi əvvəllər beynəlxalq ticarətə tətbiq edəcəyini bəyan etdiyi tariflərlə bağlı qeyri-müəyyənlikləri bir qədər yumşaldıb.

Trampın videokonfrans vasitəsilə qatıldığı Davosda keçirilən Dünya İqtisadi Forumunda geosiyasi risklərin aradan qaldırılması ilə bağlı verdiyi mesajlar, neft qiymətlərinin və faiz dərəcələrinin aşağı salınması lazım olduğuna dair açıqlamaları da risk qavrayışının bir qədər azalmasına səbəb olub.

Digər tərəfdən, Trampın Çinə qarşı mülayim münasibətinə baxmayaraq, ABŞ-ın Kanada, Meksika və Avropa İttifaqı (Aİ) kimi ticarət tərəfdaşlarına qarşı təhdidləri narahatlıq yaratmağa davam edir, eyni zamanda tariflərin qlobal ticarət müharibələrinə səbəb ola biləcəyi və ölkədə inflyasiya təzyiqlərini artıra biləcəyi ilə bağlı narahatlıqlar davam edir.

FED-in ilin ilk yarısında faiz dərəcələrini aşağı salacağı ilə bağlı proqnozlar pul bazarlarında qiymətləşmədə güclü olaraq qalır. Bankın bu ay faiz dərəcəsini sabit saxlayacağı dəqiq olsa da, iyun ayında siyasət faizini 96 faiz ehtimalla 25 baza bəndi azaldacağı təxmin edilir.

Orxan Saffari

Gununsesi.info