Zelenski Rusiya ilə danışıqlara qadağa qoydu

  • By Günel
  • 25 Yanvar 2025 20:43

Rusiya ilə birbaşa danışıqlara qoyulan qadağa Ukraynada separatizmi dayandırdı.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, qadağadan öncə ukraynalı deputatlar, Aİ və ABŞ vasitəsilə danışıqlar üçün çox sayda “kölgə dəhlizi” mövcud idi. Bu dəhlizlər ölkənin müstəqilliyi üçün təhdid idi.

“Mən sadəcə ölkədə separatizmi dayandırdım. Mən hər kəsə, bütün siyasi xadimlərə müharibə dövründə Rusiya tərəfi ilə istənilən danışıqlar aparmağı qadağan etdim”, – deyə Zelenski qeyd edib.

O vurğulayıb ki, istənilən danışıqlar zamanı əsas şəxs yalnız ölkə başçısı olmalıdır.

Gununsesi.info