İraqda neft yatağında yanğın

İraqın cənubundakı Bəsrədəki Rumeyla neft yatağında yanğın baş verib. Ərazidən güclü tüstü və alov yüksəlir.

Gununsesi.infoxarici mediaya istinadən xəbər verir ki,İraqın Bəsrə şəhərində ölkənin ümumi neft hasilatının üçdə birini qarşılayan Rumaila neft yatağında xam neft emalı bölməsinin içərisində yerləşən neft anbarında yanğın baş verib.

Bölgəyə çoxlu yanğınsöndürmə briqadaları göndərilib. İlkin məlumata görə, 3 nəfərin yaralandığı yanğını nəzarət altına almaq üçün işlər tam sürətlə davam edir.

Neft yatağında gündəlik hasilatın təxminən 1,45 milyon barel olduğu öyrənilib.

Orxan Saffari

Gununsesi.info