Amerika silahları ilə Rusiyanı vurun - BAYDEN UKRAYNAYA SƏSLƏNDİ

  • By admin
  • 31 May 2024 10:05

Gununsesi.info-nun  xəbərinə görə, bu barədə TURANın ABŞ müxbirinə  iki yüksək vəzifəli ABŞ  məmuru bildirib. Məlumata görə,  Bayden administrasiyası bu həftə Ukraynanın Rusiyaya Amerika silahlarından istifadə etməklə zərbə endirmək xahışinə razılıq verib.

Bu addım Rusiyanın Xarkov şəhərinə hücumunda əhəmiyyətli üstünlük əldə etdiyi və istiqamətdə rus qoşunlarının artırması fonunda atılıb.

Administrasiyanın qərarı Ukraynaya ikinci ən böyük şəhərini daha yaxşı müdafiə etməyə kömək edəcək.
Başqa bir mənbə, ukraynalıların ATACMS raketlərindən istifadə edərək Rusiyaya cavab verə biləcəyi ilə bağlı suala cavab olaraq, Amerika silahlarından necə istifadə olunacagı  “hələ səgigləşdirilməyib” dedi.

Bayden keçən ay Ukraynaya 61 milyard dollar yardım da daxil olmaqla böyük bir xarici yardım paketi imzaladı və administrasiya indi növbəti tranşı yaxın günlərdə elan etməyə hazırlaşır.

Günay Mahiqızı

Gununsesi.info