
Rusiya müharibənin 1165-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 662 təyyarəsi, 283 helikopteri, 55 183 PUA-sı, 605 zenit-raket kompleksi, 23 128 tank və digər zirehli texnikası, 1 555 reaktiv yaylım atəş sistemi, 24 388 artilleriya və minaatanı, 34 914 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.