
İsrailin Qəzza zolağının Xan Yunis şəhərində fələstinlilərin sığındığı məktəbə hücumu nəticəsində həlak olanların sayı 29-a çatıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama yayıb.
Məlumatda deyilir ki, İsrail əsgərləri Xan Yunis şəhərinin şərqindəki Abesan qəsəbəsində köçkünlərin sığındığı məktəbi hədəf alaraq dəhşətli qətliam törədib.
Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamada, ilk yardım qruplarının hücumda yaralananları şəhərdəki Nasser və Əl-Əməl xəstəxanalarına köçürdüyü bildirilib.
Bundan əlavə, Fələstin Qızıl Aypara Cəmiyyəti İsrailin Xan Yunisin mərkəzindəki Əbu Həmid qovşağını bombalaması nəticəsində ölən və yaralananların olduğunu da açıqlayıb.
Xatırladaq ki, İsrailin ötən il oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həlak olanların sayının 38 min 243-ə, yaralı sayının isə 88 min 33-ə yüksəldiyi bildirilib.
Ceyhun
Gununsesi.info