
MFÖ (Mazhar Fuat Özkan – Türk Pop və Rock musiqi qrupudur ) qrupunun üzvü Mazhar Alansonun qızı Eda Alanson dünyasını dəyişib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, 50 yaşlı Eda Alanson qəfil xəstəliyi səbəbindən Ankarada müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Eda Alanson jurnalist və kopirayter idi.
Alansonun cənazəsinin sabah ailəsi tərəfindən qəbul ediləcəyi öyrənilib.
74 yaşlı ustad sənətçi baş rolunu Güven Kıraçla paylaşdığı “Kirpi” filmində kopirayter olan qızı ilə kamera qarşısına keçmişdir.

Günel Həsənova
Gununsesi.info