Rauf Mirqədirovdan keçmiş baş redaktoruna doğum günü təbriki

Cəmiyyət həmişə qəhrəmanlar axtarışında olur. Mən isə əksinə qəhrəmanlara əksər hallarda şübhə ilə yanaşmışam. Çünkü onların mütləq əksəriyyəti ya avantürist, ya da ifrat idealist olur.

Birincilər ritorikalarından asılı olmayaraq özlərindən başqa heç kəsi dqşünmürlər.

İkincilər isə düşünürlər ki, toplum üçün nəyin haqq nəyin nahaqq olduğunu onlardan yaxşı bilən yoxdur. Hər ikisi cəmiyyət üçün böyük təhlükədir. Məncə cəmiyyətdə ləyaqətli insanların sayı nə qədər çox olsa, bir o qədər yaxşıdır…

Elçin Şıxlı haqqında çox təriflər yazmayacağam. Onu tanıyanlar kifayət qədər məlumatlıdırlar. Tanımaq istəməyənlərsə, heç tanımasınlar. Lazım deyil. Düşünürəm ki, heç onun da ehtiyacı yoxdur.

Bircə onu deyəcəyəm ki, ləyaqət qıtlığı yaşayan Azərbaycanımızda Elçin həyatımda qarşılaşdığım ən ləyaqətli imsanlardan biri olub.

Həmişə bu şəkildəki kimi gülərüz olasan! Mən də baxıb sevimin. Bilik ki, hər şey yaxşıdır, əziz dostum!!!

 

Rauf Mirqədirov

İsveçrə

Gununsesi.info