
İran İsrailin zərbələrinə cavab olaraq İsrailin neft emalı zavodlarına və qaz yataqlarına zərbələr endirəcək.
Gununsesi.info xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qüvvələrinin komandanının müavini admiral Əli Fədəvi bildirib.
“İşğalçılar səhv etsə, biz onların bütün enerji mənbələrinə, stansiyalarına, neft emalı zavodlarına və qaz yataqlarına zərbələr endirəcəyik” – deyə Fədəvi bildirib
Onun sözlərinə görə, İran çoxlu iqtisadi mərkəzləri olan böyük bir ölkədir, İsrail isə Tehranın eyni vaxtda hücum edə biləcəyi “üç elektrik stansiyası və bir neçə neft emalı zavodu”na malikdir.
Bundan əvvəl ABŞ rəsmiləri İranın raket hücumlarına İsrailin mümkün cavabının kifayət qədər balanslı olacağını bildirmişdilər.
Amerika rəsmiləri qeyd edirlər ki, İsrail tərəfinin balanslı cavabı Yaxın Şərqdə yeni eskalasiya raundlarına səbəb olmayacaq.