
Britaniya tərəfinin Çaqos arxipelaqı üzərində suverenliyi Mavrikiyə ötürməsindən sonra Argentina Böyük Britaniya ilə mübahisəli olan Folklend adalarını (Malvin adaları) qaytarmaq qərarına gəlib.
Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Diana Mondino X sosial şəbəkəsində məlumat verib.
“Başladığımı yoldan gedərək, konkret hərəkətlərlə və boş ritorika ilə deyil, Malvinas adalarımız üzərində tam suverenliyi bərpa edəcəyik”– deyə nazirlik yazıb.
Mondino qeyd edib ki, Mavrikiy Çaqosu geri qaytara bilib, bu isə Britaniyanın Afrikadakı son koloniyasının sonu deməkdir.
Oktyabrın 3-də Britaniya Mavrikiy ilə Britaniya-Amerika hərbi bazasının yerləşdiyi Dieqo Qarsiya adasının da daxil olduğu Çaqos arxipelaqı üzərində suverenliyin verilməsi barədə razılığa gəlib.
Bu bazanın davamlı fəaliyyətini təmin etmək üçün 99 il Londonun nəzarəti altında qalacaq.