
Avstraliyalı mədən operatoru milyarder Endryu Forrest qeyri-hökumət təşkilatı Minderoo Fondu vasitəsilə İsrailin hücumu altında olan Qəzzaya 10 milyon dollar bağışlayacağını açıqlayıb.
Gununsesi.info xarici mediaya istinadən bildirir ki, açıqlamada Forrestin Dünya Mərkəzi Mətbəxinə (WCK) və Birləşmiş Millətlər Təşkilatının (BMT) Dünya Ərzaq Proqramına (WFP) 10 milyon dollar yardım edəcəyi ifadə edilib.
Digər xeyriyyəçilərdən də kömək istəyərək “Uşaqlar aclıqdan ölərkən, Mindero Vəqfi boş oturmayacaq” ifadəsini işlədilib.
Avstraliya mediasında yer alan xəbərdə bu yardıma əlavə olaraq Fələstin Su İdarəsi və BMT-nin Uşaq Fonduna (UNICEF) təxminən 2,5 milyon dollar yardım ediləcəyi bildirilib.
Günel Həsənova
Gununsesi.info