İsrail Livan-Suriya sərhədindəki tunelə hücum edib

İsrail Hərbi Hava Qüvvələri Livan-Suriya sərhədində 3,5 kilometr uzunluğunda tunelə hücum edib.

Gununsesi.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) Telegram-da məlumat yayıb.

“Dünən  İDF-nin Livana silah qaçaqmalçılığının qarşısını almaq səyləri çərçivəsində İsrail Hərbi Hava Qüvvələrinin Kəşfiyyat İdarəsinin nəzarətində olan qırıcı təyyarələri Livan sərhədindən Suriyaya gedən yeraltı tunelə zərbələr endirib”– deyə məlumatda bildirilib.

İsrail ordusunun məlumatına görə, tunel yeraltı silahların daşınması və saxlanması üçün istifadə edilib.

Bundan əlavə, İsrail Suriya və Livan arasındakı Məsnaa sərhəd-keçid məntəqəsinə bitişik infrastruktura hücum edib.

Daha əvvəl bildirilmişdi ki, İDF Livan Hizbullah hərəkatının lideri, əvvəllər məhv edilmiş Həsən Nəsrullahın varisi olmuş Haşim Səfiəddinin yerləşə biləcəyi qərargaha 73 ton partlayıcı atıb.

 

 

Gununsesi.info