MSK sədri seçicilərə çağırış etdi

  • By Günel
  • 29 Yanvar 2025 08:19

“Seçicilərə çağırış edirəm ki, bələdiyyə seçkilərində fəal iştirak etsinlər”.

Gununsesi.info xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov yanvarın 29-da keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, vətəndaşların seçki hüquqlarını pozacaq bütün addımların qarşısı alınacaq:

“Əgər məntəqələrdə hər hansı pozuntu qeydə alınarsa, o protokollaşdırılacaq və müvafiq məsələyə baxılacaq”.

Gununsesi.info