
İnsanlar hər içkini heç də dadına görə içmirlər. İçilməsində sərxoşluq niyyəti olan spirtli içkilər də mövcuddur. Bəs niyə onları içən zaman sərxoş oluruq?
Gununsesi.info xəbər verir ki, içkinin tərkibində olan etil spirti qan dövranına düşərək beyinə çatır. Burada o, neyronları yavaşladan mexanizmə təsir edir. Bu təsirdə isə məsələn, əzələlərin rahatlaması baş verir. Etil spirti həm də beyinin dofamin sistemini aktivləşdirir ki, bu da beyinin yaxşı əhval-ruhiyyə, gülüş, həzzdən məhrum olan hissəsidir. Bir növ, beyin dopamin istehsal edərək özünü mükafatlandırmağa başlayır. Beyin hüceyrələrini zədələyən alkoqol, beyini xüsusi ağrı kəsici maddələr istehsal etməyə məcbur edir. Məhz içkili halda ağrıların azalması da bu maddələrin təsiridir.
Alkoqol həm də əla antidepressant kimi işləyən “Serotonin” hormonu sistemini aktivləşdirir. Amma bir müddət sonra həmin hormanlar parçalanaraq əks təsir verir. Məsələn, içki içilən günün sabahısı baş ağrı, ürək bulanma, durğunluq kimi hallar müşahidə olunur.
Spirtli içki içərkən məhz bu səbəblərə görə sərxoşluq vəziyyəti yaranır.
Orxan Saffari