
1827-ci ilin bu günü Rus qoşunları İrəvan qalasını işğal etmişdi.
Bəs bu tarixdə başqa hansı hadisələr olub?
Gununsesi.info tarixdə 1 oktyabrda baş vermiş hadisələri təqdim edir:
1.1918-ci il, 1 oktyabr – Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə Baı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanı fəaliyyətə başlamışdır. Bu gün Prokurorluq işçilərinin peşə bayramı kimi qeyd olunur.
2.2001-ci il 1 oktyabr – Azərbaycan Respublikası “Terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında Beynəlxalq Konvensiya”ya qoşulmuşdur.
3.1935-ci il 1 oktyabr – Tanınmış rejissor, ssenari müəllifi, baş redaktor, təcrübəçi rejissor, film direktoru, prodüser, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Ziyafət Abbasov Bakıda anadan olub.
4.1948-ci il 1 oktyabr – Tanınmış şair, tərcüməçi, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Vaqif Bayatlı Odər Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuşdur.
5.1965-ci il 1 oktyabr – Şuşa xanəndəlik məktəbinin ən parlaq nümayəndəsi, Cabbar Qaryağdıoğlunun “Şərq musiqisinin incisi” adlandırdığı Seyid Şuşinski vəfat etmişdir.
6.1965-ci il 1 oktyabr – Əliağa Məmmədqulu oğlu İsgəndərov (Əliağa Vahid) Bakıda vəfat etmişdir.
Orxan Saffari