Futbolçu Türkiyə millisini seçdi

  • By ilhame
  • 30 Sentyabr 2024 22:15

Almaniyanın “Ştuttqart” klubunun futbolçusu Atakan Karazor milli komanda karyerasındakı seçimini Türkiyə millisindən yana edib.

 

Gununsesi.info xəbər verir ki, Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmannla görüşən 27 yaşlı yarımmüdafiəçi “ay-ulduzlu” formanı geyinmək istədiyini bildirib.

 

O, qardaş ölkə yığmasının baş məşqçisi Vinçentso Montelladan dəvət gözləyir.

 

Qeyd edək ki, cari mövsüm 8 oyuna çıxan “Ştuttqart”ın kapitanı 1 qol vurub.

Gununsesi.info