
İndoneziyadakı “Yali tayfası” dünyanın ən təhlükəli qəbilələrindən biridir. Min illər boyu dünya ilə heç bir əlaqəsi olmayaraq ömür sürən yalililər, qonaqlarını öldürdükdən sonra onların sümüklərindən aksesuar düzəltdikləri məlumdur.
Gununsesi.info xəbər verir ki, ada tayfası olan Yalilər dünyanın qalan hissəsindən kifayət qədər təcrid olunmuş vəziyyətdə yaşayırlar. Ora gedib çatmağın özü də məşəqqətlidir. Yadellilərə qarşı qəddarlığı ilə tanınan bu tayfanın müqəddəs günlərində qonaqlarını qurban kəsdiyi, sümüklərini aksesuar kimi istifadə etdiyi bildirilir. Amma bu hal bütün qonaqlara qarşı eyni deyil. Bütün hallarda isə əcnəbilərlə yaxşı rəftar etmirlər.
Səbəb isə bu qəbilənin kənardan gələn hər şeyi təhlükə kimi görməsidir. Onlar yaşadıqları bölgəyə səfər etmək istəyənlərə müxtəlif tələlər qurur və əsir götürür. O cümlədən, dünyada qalan son adam yeyən tayfalardan biri hesab olunurlar.
Orxan Saffari