Gəncənin dağılmış yolları ağır qəzaya səbəb oldu

  • By admin
  • 01 Avqust 2024 01:26

Bir neçə ildir kk, ölkənin ikinci böyük şəhəri olan Gəncənin əsas yolları keçilməz olub.

Səbəb isə bir neçə əvvəl su-kanalzasiya sisteminin yenilənməsi layihəsi çərçivəsində yolların dağıdılmasıdır.

İllərdir danışılmasına, yazılmasına baxmayaraq, sıradan çıxmış yollar təmir edilmir.

Gununsesi.info xəbər verir ki, gecə saatların hərəkət edən 99ZR607 dövlət qeydiyyat nömrə nişanlı “Şevrolit” markalı maşın yoldakı dərin xəndəyə düşüb.

Hadisə nəticəsində avtomobildəki şəxslər ağır xəsarət alıb.

Avtomobil özü isə yararsız hala düşüb.

Qeyd edək ki, Gəncənin su -kanalzasiya sisteminin yenilənməsi üçün “Azərsu” Almaniya banklarından 200 milyon avro kredit almışdı.

Ancaq vəsait qurtarsa da Gəncənin yolları bu vəziyyətdə qalıb.

Elmar

Gununsesi.info