
Məşhur türkiyəli müğənni Tarkan AZAL təyyarəsinin qəzaya düşməsi ilə bağlı Azərbaycana başsağlığı verib.
Gununsesi.info-nun məlumatına görə, müğənni bu barədə instaqram hesabında paylaşım edib.
“Keçmiş olsun, Azərbaycan. Baş verən qəzaya görə çox kədərliyəm. Həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına səbr və başsağlığı diləyirəm”, – deyə Tarkan paylaşımında bildirilib.
