Daha bir ölkə Rusiyaya qarşı sanksiyalara qoşuldu

İsveçrə AB-nin Rusiya və Belarusa qarşı 15-ci sanksiyalar paketinə qoşulub.

Gununsesi.info xəbər verir ki, bu barədə İsveçrə Federal Şurasından məlumat verilib.

“Federal İqtisadiyyat, Təhsil və Tədqiqatlar Departamenti Rusiya və Belarusa qarşı sanksiya siyahılarını genişləndirib. Beləliklə, İsveçrə AB-nin qəbul etdiyi düzəlişləri qəbul edib. Dəyişikliklər 24 dekabr 2024-cü il tarixindən qüvvəyə minəcək”, – məlumatda qeyd olunub.

Gununsesi.info