Bakıda güclü yanğın: yol bağlandı - FOTOLAR - YENİLƏNİB

  • By Günel
  • 23 Dekabr 2024 19:16

Bakının Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən obyektdə yanğın baş verib.

Gununsesi.info FHN-ə istinadən xəbər verir ki, dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.

***

DİN-in Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzinin yaydığı məlumata görə, sözügedən ərazidə baş vemiş yanğınla əlaqədar Mir Cəlal Paşayev küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

***

FHN-dən verilən məlumata görə, yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə, o cümlədən binaya keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Gununsesi.info