Elnarə Baxış vəzifəsindən ayrıldı

Elnarə Baxış  Milli Kibertəhlükəsizlik Agentliyindəki işində son qoyub.

Gununsesi.info xəbər verir ki, Elnarə Baxış bu barədə şəxsi hesabında məlumat verib. 

“Əziz dostlar və həmkarlar!

Bugünlərdə Milli Kibertəhlükəsizlik Agentliyində fəaliyyətimin bir ilini geridə qoydum və növbəti aydan etibarən buradakı “vaxtımı dayandırmaq” qərarına gəldim.

Bir il o qədər çox müddət olmasa da, bəzən bir mühitin sənə nə qazandırdığını və ya nə qazandıra biləcəyini anlamaq, bunun nəticəsində isə gələcək istiqamətini müəyyənləşdirmək üçün tam kifayət edir.

Ötən müddət ərzində dəstək göstərən həmkarlara,  jurnalist dostlarıma və bütün media nümayəndələrinə təşəkkür edirəm.

Qarşıda yeni hədəflər var və onları reallaşdırmaq üçün yeni imkanların məni gözlədiyinə inanıram”,-deyə jurnalist əlavə edib.

Qeyd edək ki, Elnarə Baxış 2025-ci ilin sentyabrında Elektron Təhlükəsizlik Xidmətinin mətbuat katibi təyin olunub. Bundan əvvəl TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentində çalışıb. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirən E.Baxış müxtəlif televiziyalarda müxbir və aparıcı kimi də fəaliyyət göstərib 

 

Afət

Gununsesi.info