Azərbaycan çoxtərəfliliyə, beynəlxalq sülh və təhlükəsizliyə, eləcə də dayanıqlı inkişafa sadiqliyini bir daha təsdiqləyir.
Gununsesi.info xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin BMT Günü ilə bağlı “X” sosial media hesabındakı paylaşımında qeyd olunub.
“BMT Günü münasibətilə Azərbaycan çoxtərəfliliyə, beynəlxalq sülh və təhlükəsizliyə, eləcə də dayanıqlı inkişafa sadiqliyini bir daha təsdiqləyir.
Azərbaycan beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, dialoqun təşviqinə və hamı üçün daha dinc, ədalətli və təhlükəsiz dünyanın qurulmasına töhfə verməyə davam edəcək.
Birləşmiş Millətlər Günü mübarək!”- paylaşımda qeyd olunub.









