Qarabağ qazisi vəfat etdi - FOTO

  • Müəllif: Firuzə
  • 26 Oktyabr 2026 14:12

Birinci Qarabağ müharibəsinin qazisi Mürşüd Mamedov vəfat edib.

Gununsesi.info xəbər verir ki, bunu Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, M.Mamedov Qarabağ döyüşlərində aldığı yaranın (döyüşdə ayağını itirmişdi) iltihabı nəticəsində dünyasını dəyişib.

Mərhum bu gün Saatlı rayonunun Günəşli kəndində dəfn olunacaq.

Qarabağ qazisi vəfat etdi

Gununsesi.info