XİN Qazaxıstanı Milli Günü münasibətilə təbrik etdi

  • Müəllif: Firuzə
  • 25 Oktyabr 2026 11:50

Azərbaycan Xarici İşlər Nazirliyi Qazaxıstanı Milli Günü münasibətilə təbrik edib.

Gununsesi.info xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.

“Qazaxıstanın Milli Günü münasibətilə qardaş Qazaxıstan xalqına və Qazaxıstan Respublikası Hökumətinə səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq!

Azərbaycan Qazaxıstanla strateji tərəfdaşlığa böyük önəm verir və iki ölkə arasındakı dostluq əlaqələrini daha da dərinləşdirməyə sadiqdir.

Milli Gününüz mübarək olsun!”, – paylaşımda bildirilir.

Gununsesi.info