Tramp: Danimarka Qrenlandiyanı ABŞ-a verdi

  • Müəllif: Firuzə
  • 25 Oktyabr 2026 10:19

ABŞ prezidenti Donald Tramp Danimarka hökumətinin Qrenlandiyanı ABŞ-ın nəzarətinə verməyə razılaşdığını düşünür.

Gununsesi.info xəbər verir ki, Tramp bu barədə Corciya ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxış edərkən danışıb.

“Yeri gəlmişkən, Danimarka əla idi. Onlar Qrenlandiyanı bizə verdilər”, – o deyib.

Qeyd edək ki, Tramp sentyabrda Danimarkanın Baş naziri Mette Frederiksen və Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsenlə razılaşma imzalayıb. Sənəd Arktikadakı adanın təhlükəsizliyinin təmin olunması ilə bağlı öhdəliklərin Vaşinqtona ötürülməsini nəzərdə tutur.

Gununsesi.info