Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

  • Müəllif: Orxan
  • 24 Oktyabr 2026 10:48

Oktyabrın 23-də ölkə ərazisində polis əməkdaşları tərəfindən qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması təmin olunub.

Bu barədə Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 127 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Gün ərzində cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

Gununsesi.info