Vəzifəsindən istefa verdiyi deyilən Oktay Saral deyib:
“Azərbaycanla bağlı sözlərimə görə vəzifədən ayrıldığım görünür”.
Gununsesi.info xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saral vəzifəsindən ayrılması ilə bağlı diqqətçəkən açıqlama verib.
Bu barədə jurnalistlə telefon danışığında məlumat verən Saral vəzifədən ayrıldığını təsdiqləyib.
“Vəzifədən uzaqlaşdırılmısınız?” sualına cavabında o, “Bəli. Biz vəzifələrlə var olan insanlar deyilik. Cənab Prezidentimiz məni bu vəzifəyə gətirib, onun göstərişi ilə də ayrıldım. Heç kimdən incikliyim yoxdur”, – deyə bildirib.
Azərbaycanla bağlı açıqlamalarına görə vəzifəsindən ayrılıb-ayrılmadığı barədə suala isə Oktay Saral “Bəli, elə görünür” cavabını verib.
O, açıqlamasında Türkiyə dövlətinin və Prezident Rəcəb Tayyib Ərdoğanın uğurunun daha vacib olduğunu vurğulayıb.
“Əsas olan Türkiyə Cümhuriyyətidir. Əsas olan cənab Prezidentimizın uğurudur”, – deyə Saral qeyd edib.











