Arzuxan Əlizadənin oğlu da həbs edildi

  • Müəllif: Firuzə
  • 25 Oktyabr 2026 22:03

Bakıda kafedə bir nəfərin ölümü ilə nəticələnən kütləvi insidentlə bağlı saxlanılan deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Gununsesi.info Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Nizami Rayon Məhkəməsi qərar qəbul edib.

Ona qarşı Cinayət Məcəlləsinin 218.1, 218.2, 234.4.1, 234.4.3, 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri üzrə ittiham irəli sürülüb.

Qeyd edək ki, bundan öncə Əhməd Əlizadə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxmaqdan Xətai Rayon Məhkəməsi imtina etmişdi. Buna səbəb isə Əhməd Əlizadənin qardaşı Orxan Əlizadənin Xətai Rayon Məhkəməsinin hakimi olmasıdır. Məhkəmə öz-özünə etiraz edərək, materialın baxılması üçün başqa məhkəməyə verilməsi məsələsinin həll olunması məqsədilə işi Bakı Apellyasiya Məhkəməsinə göndərmişdi.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə material baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə verilib.

Gununsesi.info