Ukraynada “Starlink”in fəaliyyəti bərpa edildi

  • Müəllif: Firuzə
  • 24 Oktyabr 2026 20:41

Ukraynada “Starlink” peyk rabitə sisteminin fəaliyyəti bərpa edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

O, Telegram kanalında yazıb: “Starlink” və “Starshield” əvvəlki sürətlə fəaliyyətini bərpa ediblər. İndi bizə lazım olan sürətə sahibik”.

Ötən həftə Kiyev Amerika şirkəti “SpaceX”in Ukrayna Silahlı Qüvvələrinin “Starlink” terminallarının saatda 160 km-dən çox sürətlə işləməsinə məhdudiyyətlər qoyduğunu və bunun bir neçə Ukrayna hərbi əməliyyatını pozduğunu açıqlayıb.

Bu arada, “SpaceX”in qurucusu İlon Mask “Starlink” peyk sisteminin hücum döyüşləri üçün deyil, müdafiə və mülki məqsədlər üçün istifadə edildiyini bildirib. “Starshield” sistemləri ABŞ hökumətinə məxsusdur və ABŞ hökuməti tərəfindən idarə olunur. İstənilən sürət və ya istifadə məhdudiyyətləri ABŞ ordusu və nəticədə prezident tərəfindən tətbiq olunur.

Gununsesi.info