“Aynur Elgünəşin səhhəti günü-gündən pisləşir” -VƏKİL

“Meydan Tv”işi üzrə 2 ilə yaxındır ki, həbsdə olan jurnalist Aynur Elgünəşin vəziyyəti pisləşib. 

Gununsesi.info xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov sosial şəbəkə hesabında paylaşım edib:

“Jurnalist Aynur Elgünəşin səhhəti günü-gündən pisləşir. Təcili əməliyyata göstəriş verilsə də, xəstəxana birbaşa əməliyyata razılaşmır. Bildirir ki, əvvəl KT müayinəsindən keçirib onun nəticələrinə uyğun əməliyyat edə bilərlər. Aynur dəfələrlə əməliyyat olunduğu üçün KT müayinəsi olmadan birbaşa əməliyyat risklidir. Təzyiqi tez-tez dəyişir, bədənində qançırlar yaranıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsi onun barəsindəki həbsin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətimi təmin etmədi”. 

 

 

Afət

Gununsesi.info