Bəs siz bu qəribə bayramları bilirdinizmi?

Dünyada bir çox bayramlar var ki, onlar öz spesifik xüsusiyyətlərinə görə fərqlənirlər.

Gununsesi.info qəribə hesab olunan bayramların siyahısını təqdim edir:

1.Milli Spaqetti günü– Bu bayram hər il 4 yanvar tarixində yanlız ABŞ-da qeyd olunur.

2.Milli Qucaqlaşma Günü-Bu bayram ilk dəfə 1986-cı il 21 yanvar tarixində ABŞ-ın Miçiqan ştatının Clio şəhərində qeyd olunub.

3.Ümumdünya Nutella Günü– Dünyanın bir çox ölkələrində hər il 5 fevralda bu bayram qeyd olunur. İnsanlar həmin gün sosial mediada Nutella şəkillərini, reseptlərini və mesajlarını paylaşaraq qeyd edirlər.

4. Milli Çirkli Qabların Olmaması Günü– Bu bayrama başqa cür dünya qab yuma günüdə deyə bilərik. Bu günü restoranda yeməklə və ya qablardan istifadə etməməklə qeyd edə bilərsiniz. Hər il 18 may tarixində qeyd olunur.

5. Təlaş Günü-Hər il 18 iyun tarixi “Təlaş günü” kimi qeyd olunur. Bu günün məqsədi insanları stresini azaltmaq və kontrol altına almaq üçün yollar tapmağa təşviq etməkdir.

6. Dünya Ağcaqanad Günü – 20 avqust 1897-ci il Ronald Rossun ağcaqanadların malyariyanı insandan-insana yaydığını göstərdiyi tarixdir. Bu gün bütün dünyada Dünya Ağcaqanad Günü kimi qeyd olunur. Günün məqsədi sağlam və ağcaqanadsız bir dünyada yaşamaqdır. Bu, dünyada qeyd edilən ən qəribə bayramlardan biridir.

Orxan Saffari

Gununsesi.info