
“Nəqliyyat infrastrukturunun təkminləşdirilməsi uğurla həyata keçirilir, artıq Bakıdan Gəncəyə sərnişindaşımada müasir avtobuslarlar işə salınıb.”
Gununsesi.info xəbər verir ki, bu sözləri Gəncədən seçilən deputat Naqif Həmzəyev Milli Məclisin bu gün keçirilən Plenar İclasında sərnişindaşıma ilə bağlı məsələlərə toxunarkən bildirib.
Deputat qeyd edib ki, “Həmçinin gündəlik hərəkət edən sürətli qatarlarında sayı da ikyə çatdırılıb. Fürsətdən istifadə edib bütün sərnişinlər və seçicilərimiz adından möhtərəm cənab prezidentə dərin təşəkkürümüzü bildiririk.”
O cümlədən Naqif Həmzəyev bəzi problemlərin olduğunu, lakin onların da aradan qaldırılacağını bildirib:
“Yalnız bəzi tekniki problemlər var ki, düşünürəm, onu da həll etmək olar. Sürətli qatarla hərəkət zamanı sərnişin üçün 23 kq baqaj və ya 1 ədəd çanta keçirməyə icazə verilir. Bu, normaldır. Ancaq bilet alınarkən məlumat sərnişinə mütləq xəbərdarlıq şəkilndə verilməlidir. Çox vaxt sərnişinlərin bundan məlumatı olmur. Sərnişin son anda qatara daxil olmaq istəyəndə bu qayda ilə tanış olur və bu da onun üçün problem yaradır.”
Deputat təklif olaraq bunu da qeyd edib:
“Məncə, 2-ci yükün ödənişli şəkildə alınmasına da imkan yaratmaq lazımdır. Sərnişin bilet alarkən, zərurət yarandığı təqdirdə ödənişli ikinci baqajı almaq imkanı verilməlidir. Əgər qatarlarda baqajların daşınması üçün imkanlar məhdutdursa, buna da çıxış yolu var. Baqaj daşımaq üçün qatara əlavə vaqon da qoşmaq olar, yaxud da qatarlarda yerlərin sayını azaldaraq əlavə yük yeri yarada bilərik.”,- deyə N. Həmzəyev bildirib.