
Motosiklet sevdalısı olan Çexiya Prezidenti Patr Pavel qoruyucu paltarı və baş “kaska”sı olmadan nəqliyyata çıxıb. Çevrədəkilər onun bu halda nəqliyyata çıxmasını telefonla görüntüləyiblər.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, hazırlıqsız yaxalanan Prezident Petr etdiyi xəta üçün üzr istəyib.
Pavel xətasını düzəltmək üçün təkərli arabaya möhtac olan şikəst motosiklet sürücülərinə yüksək miqdarda pul yardımı edəcəyini dilə gətirib.
Pavel bu xeyirxahlığı ilə “günahı”nı yuya biləcəyini düşünür.
Çexiya qanunlarına görə, Prezident toxunulmazlığı səbəbi ilə bu cür pozuntuları olduqda, cəzalandırıla bilmir.
61 yaşlı Prezident eyni gün yalnız motosiklet təkərlərini doldurmaq üçün yanacaq doldurma məntəqəsinə “qısa bir yolçuluq” etdiyini söyləyib.
Tərcümə: Arzu