Sudan Efiopiya ilə sərhədi bağlayıb

Sudan Efiopiya ilə Qallabat sərhəd-keçid məntəqəsini bağlayıb.

Gununsesi.info xəbər verir ki, bu barəsə Aljazeera televiziyası məlumat yayıb.

Bildirilir ki, Xartum hökuməti Efiopiyanın Qondar bölgəsində baş verən qarşıdurma səbəbindən Qallabat sərhəd keçid məntəqəsini bağlamaq qərarına gəlib.

Qeyd edək ki, Sudan Efiopiya ilə yaşadığı gərginlikdən sonra 26 iyun 2022-ci ildə bağladığı Qəllabat sərhəd keçid məntəqəsini 3 həftə sonra yenidən açmışdır.

 

Tərcümə

Şəbnəm

Gununsesi.info