Müstəqim Məmmədov Tərtərdəki korrupsiya əməliyyatları haqqında nə düşünür? - “GÜNÜN SƏSİ” İCRA BAŞÇISINI TAPDI

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Tərtər Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyatdan bir neçə gün keçir.

Qeyd edək ki, həmin əməliyyat nəticəsində Tərtər Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri, baş memar Tofiq Kərimov korrupsiya əməlində şübhəli bilinərək həbs olunub.

Gununsesi.info əməliyyatla bağlı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun mövqeyini öyrənməyə çalışıb. Lakin əməkdaşımızla telefon söhbətində Müstəqim Məmmədov bu barədə danışmaqdan imtina edib.

“Mən heç bir şey deyə bilmərəm” deyən icra başçısı telefonun dəstəyini asıb.

Gununsesi.info