Bu qurumun generalları “vuruldu” - ÖZƏL

  • By admin
  • 31 İyul 2023 20:26

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində beş  Baş İdarənin rəisi sərəncama göndərilib.

Gununsesi.info-nun özəl məlumatına görə, bunlar  Çağırış Baş İdarə rəisi general -mayor Çingiz Kiçikbəyov,  Kadrlar Baş İdarə rəisi general-mayor Azad Əliyev, Təşkilat Nəzarət Baş İdarə rəisi polkovnik  Famil Aslanov, Maddi-Texniki Təminat Baş İdarə rəisi polkovnik Anar Əliyev  və Səfərbərlik Baş İdarə rəisi polkovnik Vəli Rzayevdir.

Qeyd edək ki, bir neçə ay əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov bu quruma rəis təyin olunub.

 

Elmar

Gununsesi.info