Türkiyədən Avropaya sərt etiraz: Qəbuledilməzdir

  • By arzu
  • 04 Avqust 2023 11:14

Türkiyənin Xarici İşlər Nazirliyi PKK Terror Təşkilatı üzvlərinin Avropa İnsan Haqları Məhkəməsi binasına giriş etməsi ilə bağlı açıqlama verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, nazirlik bu durumun qəbuledilməz olduğunu bildirib.

“Bu hücumkar davranış PKK-nın fəaliyyət göstərdiyi hər ölkənin ictimai nizamına və təhlükəsizliyinə təhdid yaratdığını daha bir dəfə göstərmişdir”, – deyə Türkiyə XİN vurğulayıb.

Nazirliyin PKK Terror Təşkilatı üzvlərinin Avropa İnsan Haqları Məhkəməsi binasına giriş etməsi ilə bağlı açıqlaması belədir:

“PKK Teeor Təşkilatı ilə əlaqəli adamların Strasburqda olan Avropa İnsan Haqları Məhkəməsi binasına zorla girərək təşkilat üzvləri ilə terror təbliğatı etmə cəhdində olmaları qəbuledilməzdir.

PKK ilə əlaqəli yaranışlar, son dönəmdə, özəlliklə Avropada gedərək artan şəkildə şiddət işlətmə, çeşidli beynəlxalq qurum binalarına zorla girərək terror təbliğatı etmə cürətində olmaqdadır. PK-nın, özəlliklə Avropa ölkələrində ifadə və nümayiş azadlığı maskası altında propaqanda da daxil, işlərini sərbətcə aparmasına icazə verlməsi, təşkilatı bu cür hüquqsuz və təcavüzkar davranışlarda olma mövzusunda cəsarətləndirməkdədir. Beləliklə, PKK Terror Təşkilatı mənsublarının Avropa Şurası bunası önündə davam edən nümayiş və aksiyaları ilə bağlı bir neçə dəfə xəbərdarlıqlar etmişdik. Bu hücumkar davranış PKK-nın fəaliyyət göstərdiyi hər ölkənin ictimai nizamına və təhlükəsizliyinə təhdid yaratdığını daha bir dəfə göstərmişdir. Bu çərçivədə Avropada PKK Terror Təkilatını maliyyə, təbliğat və üzv etmə fəaliyyətlərinə son verilməsi çağırışımızı yeniləyirik”.

 

Tərcümə: Arzu

Gununsesi.info